Son yeniləmə: 27 May 2022 11:53
Bayraqdar.info – Kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 3-də, saat 09:00-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.
Bildirilib ki, vətəndaş qəbulunda iştirak etmək istəyənlər Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-378-03-30) müraciət edə bilərlər: “Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt vasitəsi ilə də qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər”.