Son yeniləmə: 27 May 2022 11:21
Bayraqdar.info – M.F.Axundzadə adına Azərbaycan. Milli Kitabxanasında “Azərbaycan Dövlət Himninin qəbul olunmasının 30 illiyi” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Bu barədə bayraqdar.info-ya mayın 27-də Milli Kitabxanadan məlumat verilib.
Bildirilib ki, 1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi: “Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edildi”.
Vurğulanıb ki, Azərbaycan Dövlət Himninin qəbul olunmasının 30 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb: “Virtual sərgidə Azərbaycan himni haqqında rəsmi sənədlər, fotolar, dövlət rəmzləri haqqında kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələr əks olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər”.