Son yeniləmə: 27 May 2022 12:35
Bayraqdar.info – “Fars News” xəbər verir ki, İranın İrəvandakı səfiri bu yaxınlarda Tehranın Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmamalı olduğu ilə bağlı mövqeyini təkrarlayıb və bütün ölkələri Ermənistanın suverenliyinə hörmət etməyə çağırıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, İran səfiri Abbas Bədəxşan Zühuri ölkəsinin Ermənistanın Sünik vilayətində açılacaq konsulluğu haqqında deyib: “Biz kommunikasiya marşrutları ətrafındakı dəhlizlərlə bağlı bəyanatları qəbul etmirik və hesab edirik ki, Ermənistan öz ərazi bütövlüyünü qorumalıdır”.
“Yaxın mədəni əlaqələrə baxmayaraq iki ölkə arasında iqtisadi əlaqələr arzuolunan səviyyədə deyil və bu istiqamətdə səylər göstərilməlidir”, – deyə səfir qeyd edib.
Səfir daha öncə iddia edib ki, İran Ermənistan və Azərbaycan ərazisindən keçən yollara böyük əhəmiyyət verir.
Onun sözlərinə görə, Körfəzdən Qara dənizə tranzit marşrutu təkcə İran və Ermənistan üçün deyil, ondan keçən digər ölkələr üçün də böyük imkanlar yarada bilər. Səfir əlavə edib: “Bu məsələnin hüquqi tərəfi nəzərdən keçirilir və yaxın vaxtlarda müvafiq iclas keçiriləcək”.
Zəngəzur dəhlizi ilə bağlı iranlı diplomat iddia edib ki, Ermənistanın yüksək vəzifəli rəsmiləri bununla bağlı öz mövqelərini dəfələrlə bəyan ediblər: “Körfəzi Qara dənizlə birləşdirən tranzit yolunun Zəngəzur dəhlizi ilə heç bir əlaqəsi yoxdur və bu, ayrıca marşrutdur”.
Göründüyü kimi “müsəlman” İran yenə də Azərbaycanı qardaşcasına yanaşdığı Ermənistanın ayağına verir.