Press "Enter" to skip to content

Fars-molla rejimi Güneyli milli fəalı həbsdə saxlayır

Məhəmməd Eyni

Bayraqdar.info – İranın Rəşt şəhərində Güney Azərbaycanlı milli fəal Məhəmməd Eyni qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır.

Gilan vilayətinin Rəşt şəhərində yaşayan və dörd ay öncə hökumət qüvvələri tərəfindən tutulan azərbaycanlı milli-mədəni fəal M.Eyninin vəziyyəti barədə dəqiq məlumat verilməməsi onun yaxınlarının narahatlığına səbəb olub.

Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.

Onlar daha öncə M.Eyninin girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılması ilə bağlı müraciətlərinə müsbət cavab verilmədiyini, fəalın taleyi barədə suallarına cavab olaraq səlahiyyətlilərin yalnız cinayət işinin prokurorluqdan məhkəməyə göndərildiyini deməklə kifayətləndiklərini bildirirlər.

Xatırladaq ki, Rəşt şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal M.Eyni tutulandan uzun müddət sonra Rəşt həbsxanasına köçürülüb. Azərbaycanlı fəalın yaxınları onun girov qarşılığında zaminə buraxılmasına icazə verilmədiyini bildirir.

Məlumata görə, məsələnin ictimailəşdirilməməsini tələb edən İranın ETTELAAT qüvvələri fəalın ailəsini təhdid də edib.

Mission News Theme by Compete Themes.