Press "Enter" to skip to content

Bunu bütün dünya bir daha gördü

Vüqar İskəndərov

Son yeniləmə: 27 May 2022 13:10

Bayraqdar.info – “Tarixi köklərə və xalqlarımızın qardaşlıq münasibətlərinə əsaslanan Türkiyə-Azərbaycan əlaqələri hər keçən gün daha da güclənir. Hazırda bu münasibətlər tarixinin ən yüksək zirvəsindədir desək heç də yanılmarıq”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, tarixin bütün mərhələlərində sınaqlardan uğurla çıxan Türkiyə-Azərbaycan qardaşlığı 2020-ci ilin 44 günlük Vətən müharibəsində də öz sözünü dedi: “Məlum olduğu kimi müharibənin ilk anından son gününə qədər başda Cümhurbaşqanı Recep Tayyip Erdoğan olmaqla Türkiyə dövləti və xalqı yanımızda oldu. Bizə siyasi və mənəvi dəstək göstərdi. Eyni zamanda, postmüharibə dövründə də ilk addım atan qardaş Türkiyədir. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq-bərpa işlərində türk şirkətləri ön sırada gedir”.

2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini deyən V.İskəndərov bu istiqamətdə təqdiredici addımlar atıldığını da söyləyib: “Bu kontekstdə “TEKNOFEST Azərbaycan” festivalının üzərində xüsusi dayanmaq istəyirəm. Məlum olduğu kimi, Türkiyədən sonra ilk dəfə bu festival Bakıda keçirilir. Bunun böyük anlamı var. Festival iki qardaş ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. Bu, eyni zamanda, Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajıdır. Yəni bununla bütün dünya bir daha gördü ki, bir millət – iki dövlət olan Türkiyə-Azərbaycan əlaqləri sarsılmazdır”.

Mission News Theme by Compete Themes.