Press "Enter" to skip to content

Böyük qayıdışın ilk addımları – AĞALI KƏNDİ

Tanışlıq

Bayraqdar.info – Mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Layihə Zəngilanın Ağalı kəndində icra edilir.

İ.Əliyev və M.Əliyeva açılış mərasimində iştirak etməklə bərabər burada yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüb.

Görüşdə Prezident çıxış edib, kənd sakinləri ilə fikir mübadiləsi aparıb. Prezident öz çıxışında Qarabağla bağlı baş verən proseslər, vətəndaşların güzəranı və Azərbaycan dövlətinin bütün vətəndaşlarına, o cümlədən ermənilərə bərabər şərait yaratması haqqında danışıb.

Kənd sakinləri də öz çıxışlarında Prezidentə və birinci xanıma təşəkkür edib, işğaldan azad edilmiş torpaqlara qayıtmağın xoşbəxtliyini dilə gətiriblər.

Mission News Theme by Compete Themes.