Press "Enter" to skip to content

Baş Şirvan Kollektorunda meliorativ tədbirlər

Son yeniləmə: 27 May 2022 10:39

Bayraqdar.info – Azərbaycanda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, uzun müddət istifadə olunmayan torpaqların əkinə yararlı hala gətirilməsi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bir sıra işlər görülür.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib. Qeyd edilib ki, bu işlər çərçivəsində Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən kollektor drenaj şəbəkələrinin lildən təmizlənməsi davam edir: “İdarə 11 nasos stansiyası ilə duzlaşmış və qrunt sularını Xəzər dənizinə axıdır. Bununla da münbitləşən torpaqlarda kənd təsərrüfatı bitkilərinin əkini sürətlənir. Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən balansda olan nasos stansiyalarda da təmir və sazlama işləri aparılır”.

Məlumata əsaəsn idarə kollektor drenaj sistemlərinin lildən təmizlənməsini və onlar üzərində yerləşən hidrotexniki qurğuların cari və əsaslı təmirini həyata keçirmək üçün balansnda olan maşın-mexanizmlərdən istifadə edir: “Sistemin lildən təmizlənmsi nəticəsində sahələrdə şoranlaşmanın qarşısı alınır. Kollektorlarda lildən təmizləmə işləri sistemli şəkildə aparılır. Əvvəlcə təsərrüfatdaxili kollektorlar lildən təmizlənir. Daha sonra təsərrüfatlararası və magistral kollektorlar lildən təmizlənərək qrunt suları maneəsiz olaraq ərazilərdən kənarlaşdırılır. 2022-ci ilin yanvar ayından bu vaxta qədər ümumilikdə 174 km uzunluqda lildən təmizləmə işləri aparılıb. Hazırda texnikalar vasitəsilə bir-neçə istiqamətdə bu işlər həyata keçirilir. Qeyd edək ki, Baş Şirvan Kollektorunun İstismarı İdarəsi Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıqabul və Salyan rayonlarında ümumilikdə 25 min 3000 hektar əraziyə 2 min 399 km drenaj və kollektor şəbəkəsi vasitəsilə xidmət göstərir”.

Mission News Theme by Compete Themes.