Press "Enter" to skip to content

Azərbaycan diaspor təşkilatından xeyirxah addım

Kotonuda həyata keçirilən aksiya zamanı su quyusunun açılışı olub

Son yeniləmə: 27 May 2022 16:29

Bayraqdar.info – Fransanın Tuluza şəhərində fəaliyyət göstərən “Azərbaycan İcması Birliyi”nin təşəbbüsü və icma üzvlərinin maliyyə vəsaiti ilə “Şuşa İli” çərçivəsində su və ərzaq çatışmazlığından əziyyət çəkən Afrikanın Benin Respublikasının Kotonu şəhərində xeyriyyə aksiyası təşkil edilib.

Bu barədə bayraqdar.info-ya mayın 27-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, DİDK ilə koordinasiyalı şəkildə Benin Respublikasının ən iri şəhəri olan Kotonuda həyata keçirilən aksiya zamanı su quyusunun açılışı olub və aztəminatlı ailələrə ərzaq paylanılıb: “Mərasim zamanı “Şuşa qəhrəmanlarının əziz xatirəsinə həsr olunur” sözlərinin, Şuşa qalasının və “Xarıbülbül” rəmzinin təsvirinin əks olunduğu poster nümayiş etdirilib”.

Qeyd edilib ki, Fransada rəsmi qeydiyyatdan keçən”Azərbaycan İcması Birliyi” Tuluz şəhərindəki soydaşlarımızın bir araya gəlməsi, Vətənə bağlılığı, milli-mədəni dəyərlərimizin təbliği, Azərbaycan həqiqətlərinin, postmüharibə dövründə ölkəmizlə bağlı yaranmış yeni reallıqların yerli ictimaiyyətə çatdırılması istiqamətində tədbir və layihələr gerçəkləşdirir.

Mission News Theme by Compete Themes.