Son yeniləmə: 26 May 2022 14:18
Bayraqdar.info – Bu il fevranlın 24-dən başlayaraq Rusiyanın Ukraynaya hərbi təcavüzündə Belarusun da iştirak etdiyi bildirilsə də sonuncu davamlı şəkildə bunu inkar edir. Lakin Ukrayna tərəfi dəfələrlə konkret faktlarla Belarusun da Rusiya ilə birlikdə təcavüzdə iştirakını ictimailəşdirib. Bunun qarşılığında rəsmi Minsk Ukraynanın Belarusa hücum edəcəyi haqqında heç bir fakta əsaslanmayan təbliğat qurur.
Belarusun Ukraynaya təcavüzdə iştirakını təsdiq edən daha bir fakt bugünlərdə bəlli olub. Belarusdan olan müstəqil müşahidə qruplarının yaydığı məlumata görə, mayın 12-də Belarus vətəndaşı, bu ölkənin aviasiya polkovniki Nikolay Markov Ukrayna üzərində məhv edilib. Onun idarə etdiyi Su-25 hücum təyyarəsi vurulub. 63 yaşlı polkovnik Rusiya hərbi qüvvələrinin tərkibində vuruşlarda iştirak edirmiş.
Məhv edilmiş polkovnikin dəfni mayın 17-də gerçəkləşdirilib. Lakin Belarusun dövlət mediası bu hadisənin üzərindən sükutla keçib.
Ukrayna tərəfi Rusiyanın təqaüddə olan Belarus hərbçisinin xidmətinə müraciət eləməsini birincinin hərbi kadrlarının çatışmazlığı ilə əlaqələndirir.
O da bildirilir ki, N.Markov bugünlərdə Luganks üzərində məhv edilmiş Rusiya general-mayoru Kanamat Botaşevin tabeliyində vuruşub.