Press "Enter" to skip to content

Şarl Mişeldən Vladimir Putinin ünvanına sərt sözlər

Şarl Mişel

Son yeniləmə: 26 May 2022 15:00

Bayraqdar.info – Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel davamlı dezinformasiya yayan Rusiya Prezidenti Vladimir Putinə sərt sözlər ünvanlayıb.

Mayın 25-də özünün sosial media hesabından paylaşım edən Ş.Mişel Rusiya Prezidentinə məxsus @KremlinRussia_E Twitter hesabına müraciətlə “Dezinformasiyanızı dayandırın” deyə qeyd edib.

AB Şurasının Prezidenti daha sonra qeyd edib ki, “sanksiyalar deyil, sizin Ukraynadakı müharibəniz daşınmanı əngəlləyir və ərzaq təhlükəsizliyinə təhlükə yaradır. 20 milyon tondan artıq buğda sizin minalarınız və müharibəniz üzündən bloklanmaqdadır. Biz savaşı dayandırıb qlobal ərzaq şəbəkəsini bərpa etməliyik”.

Mission News Theme by Compete Themes.