Press "Enter" to skip to content

Plan üzrə görüləcək işlər müzakirə edilib

Son yeniləmə: 26 May 2022 11:01

Bayraqdar.info – Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə bayraqdar.info-ya mayın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunun üzvləri olan dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və biznes strukturlarının nümayəndələri iştirak edib.

Məlumata əsasən iclasda Azərbaycanda əmək bazarının inkişafına, aktiv məşğulluq proqramlarının genişləndirilməsinə yönələn ardıcıl islahatların aparıldığı vurğulanıb: “Bu islahatların əsas beynəlxalq indekslərdə Azərbaycanın əmək bazarı üzrə göstəricilərlə bağlı mövqeyinə də müsbət təsiri qeyd edilib. İşçi qrupun bu ilki Fəaliyyət Planında 8 hesabat üzrə 16 indikator və müvafiq olaraq 51 tədbirin müəyyən edildiyi bildirilib. Plan üzrə işlərin vaxtlı-vaxtında və işçi qrupu daxilində qurumların səmərəli əməkdaşlığı şəraitində hədəflər üzrə davam etdirildiyi diqqətə çatdırılıb”.

İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru üzrə ölkəmizin mövqeyinin yüksəldilməsi məqsədilə hazırlanmış diaqnostika matrisasının müzakirəsi aparılıb və icra edilməsi istiqamətində alt işçi qrupunun yaradılması qərara alınıb. Həmçinin 2022-ci il üzrə təsdiq olunmuş Fəaliyyət Planına daxil olan tədbirlər, onların icrası sahəsində görülmüş işlər qeyd olunub, Plan üzrə görüləcək işlər müzakirə edilib.

Mission News Theme by Compete Themes.