Son yeniləmə: 26 May 2022 18:37
Bayraqdar.info – 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında UAFA-nın (Azərbaycana Birgə Yardım Təşkilatı) layihəsi əsasında yaradıcı təhsil alan xüsusi qayğıya ehtiyacı olan (əlilliyi olan) uşaqların “Qarabağ” mövzusunda sərgisi açılacaq.
Bu barədə bayraqdar.info-ya Teatrdan məlumat verilib.
Bildirilib ki, sərginin ideya müəllifi Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, kuratoru isə teatrın baş rəssamı Vüsal Rəhimdir: “Sərginin sonunda layihədə iştirak edən uşaqlara teatr tərəfindən həvəsləndirici diplomlar veriləcək. Daha sonra sərgi iştirakçıları librettosu və quruluşu rejissor Zəhra Quliyevaya aid olan “Qırmızı papaq və Redmüzi” müzıklına xüsusi qonaq qismində tamaşa edəcəklər. Musiqili Teatr bütün balaca tamaşaçıları sərgiyə və eyni zamanda həmin gün saat 12:00 və 14:00-da nümayişi nəzərdə tutulan “Qırmızı papaq və Redmüzi” tamaşana baxmağa dəvət edir”.