Press "Enter" to skip to content

Səfirlikdən layihə çərçivəsində anlamlı addım

Anlamlı tədbirin iştirakçıları

Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində Azərbaycan otağı qurulub

Bayraqdar.info – Xəbər verdiyimiz kimi Azərbaycanın Türkiyədəki səfirliyi “Azərbaycanı daha yaxından tanıyaq!” adlı yeni layihənin icrasına başlayıb. Səfirlikdən bayraqdar.info-ya verilən məlumata görə, layihə 28 May-Müstəqillik Günü və iki qardaş ölkə arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyi münasibətilə həyata keçirilir.

Səfirlikdən yeni layihə

Bu arada isə səfirlik layihə çərçivəsində növbəti anlamlı addım atıb. Ankara şəhərində fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində Azərbaycan otağı qurulub.

Azərbaycan otağının açılışı

Səfirlikdən verilən məlumatda deyilir ki, liseydə Azərbaycan otağının açılış mərasimi təşkil edilib: “Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və liseyin direktoru Taylan Kaya çıxış ediblər”.

Məlumata görə, səfir R.Məmmədov çıxışında Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərindən danışaraq, Azərbaycan otağının ölkəmizin tarix və mədəniyyətinin gənclərə tanıdılmasında əhəmiyyətli olacacağını qeyd edib.

Səfir Rəşad Məmmədov tədbirdə çıxış edərkən

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanın Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən bəhs edib. O, bu Zəfərin Türkiyə xalqını da qürurlandırdığını, sevincimizin də, kədərimizin də bir olduğunu qeyd edib.

Tədbirin bədii hissəsi də maraqla qarşılanıb

Məlumatda bildirilir ki, daha sonra Azərbaycan otağının açılış mərasimi baş tutub: “Otaqda Azərbaycanın dövlətçilik tarixi, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan xalqının rifahı və dövlətin güclənməsi naminə fəaliyyətləri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün gördüyü işlər, xalqımızın milli mədəniyyəti, tarixi şəxsiyyətləri və s. barədə ətraflı məlumat verilir”.

Tədbr zamanı

Eyni gündə liteydə məktəblilərlə görüş təşkil olunub: “Səfir R.Məmmədov məktəblilərin Azərbaycanla bağlı sullarını cavablandırıb. Tədbirin sonunda baş tutan konsert proqramında liseyin məzunları və şagirdləri Azərbaycan musiqisi ifa edib. Eyni zamanda, Ankara şəhərində fəaliyyət göstərən “Xəzər” rəqs qrupu milli rəqslərimizi ifa edib”.

Mission News Theme by Compete Themes.