Press "Enter" to skip to content

Nazirlər arasında telefon danışığı

Bayraqdar.info – Mayın 25-də xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı baş tutub.

Bu barədə bayarqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, nazirlər, iki ölkə arasında mövcud olan geniş ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar: “Eyni zamanda, çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib. Nazirlər regional məsələlər, xüsusilə iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”.

Mission News Theme by Compete Themes.