Son yeniləmə: 25 May 2022 12:59
Bayraqdar.info – Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda insanın immunçatışmazlığı virusunun (İİV) təmasdan öncə profilaktikası (TÖP – PrEP)” adlı pilot layihənin icrasına başlayıb.
Səhiyyə Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə layihə Qlobal Fondun dəstəyi ilə reallaşır.
Qeyd edilib ki, bununla əlaqədar İİV-ə yoluxmağa həsas əhali qrup nümayəndələri arasında profilaktik işlər aparan qeyri-hökümət təşkilatlarının əməkdaşlarına təlim təşkil edilib: “Məqsəd risk qrupuna aid şəxslərdə İİV-in yayılma səviyyəsinin və QİÇS-lə bağlı ölüm hallarının azaldılmasıdır. Bu yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman vasitələrindən istifadəni nəzərdə tutur”.
Bildirilib ki, iştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumat verilir, dünyada və Azərbaycandakı mövcud epidemioloji vəziyyət təhlil edilir, hədəfə çatmaq üçün görüləcək işlər müzakirə olunur.