Press "Enter" to skip to content

Mədəni əməkdaşlıq memorandumu

Səfir Vada Cüniçi Beynəlxalq Muğam Mərkəzində

Son yeniləmə: 25 May 2022 10:48

Bayraqdar.info – Beynəlxalq Muğam Mərkəzi (BMM) və Yaponiyanın Azərbaycandakı səfirliyi arasında mədəni əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə bayraqdar.info-ya mayın 25-də BMM-dən məlumat verilib.

Məlumata əsasən, imzalanmadan əvvəl BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov BMM-nin konsert, beynəlxalq, nəzəri və elmi-tədqiqat fəaliyyəti haqqında məlumatı Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçinin nəzərinə çatdırıb: “Bildirib ki, hazırda mərkəzdə həftədə iki dəfə olmaqla Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII Muğam Televiziya Müsabiqəsi keçirilir”.

Səfir Vada Cüniçi öz növbəsində memorandumu yüksək dəyərləndirərək birgə mədəniyyət layihələrinin, konsertlərin keçirilməsinin ölkələrin mədəniyyətini təbliği baxımından vacibliyini qeyd edib.
İmzalama mərasimindən sonra qonaqlara BMM-nin solistlərinin ifasında konsert proqramı təqdim olunub: “Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti çərçivəsində imzalanan saziş Azərbaycan milli musiqisinin həm ölkəmizdə, həm də xaricdə daha yaxından tanıdılması işində yeni maraqlı perspektivlər açır”.

Mission News Theme by Compete Themes.