Press "Enter" to skip to content

KOBİA-nın beynəlxalq əlaqələri genişlənir

Görüş zamanı

Son yeniləmə: 25 May 2022 08:53

Bayraqdar.info – Brüsseldə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Belçika Ticarət Palataları Federasiyasının Baş meneceri Vouter Van Gulk ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə biznes şəbəkələri arasında əməkdaşlığın təşviqinə, birgə layihələrin icrası və müəssisələrin yaradılması imkanlarına toxunulub. Həmçinin, institusional əməkdaşlığın genişləndirilməsinə, biznes missiyaların təşkilinə və biznes layihələri üzrə məlumat mübadiləsinə dair müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.