Press "Enter" to skip to content

İqtisadi, təhsil və mədəniyyət sahələrində uğurlu əməkdaşlıq

Elnur Əliyevin xanım Maqali Sezana ilə görüşü

Son yeniləmə: 25 May 2022 12:34

Bayraqdar.info – Azərbaycan Fransa ilə iqtisadi, təhsil və mədəniyyət sahələrində uğurlu əməkdaşlıq edir.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Fransanın İqtisadiyyat, Maliyyə və Dirçəliş Nazirliyinin Baş Xəzinədarlıq İdarəsinin İkitərəfli əlaqələr və biznesin beynəlmiləlləşdirilməsi şöbəsinin müdiri xanım Maqali Sezana ilə görüşdə bildirib.

Nazirlikdən bayraqdar.info-ya mayın 25-də verilən məlumata əsasən E.Əliyev iki ölkənin biznes dairələri arasında işgüzar əlaqələri diqqətə çatdırıb: “Bildirilib ki, Fransa şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir, bir sıra layihələrin, o cümlədən infrastruktur layihələrinin reallaşmasında iştirak edirlər. Fransa nümayəndə heyətinə həmçinin, ölkəmizin iqtisadi inkişafının əsas prioritetləri, həyata keçirilən islahatlar, Ələt Azad İqtisadi Zonası, Fransa şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılan layihələrdə iştirak imkanları barədə məlumat verilib”.

Vurğulanıb ki, xanım Maqali Sezana ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın regionda etibarlı tərəfdaş, Avropa şirkətləri, eləcə də fransalı iş adamları üçün dayanıqlı və təhlükəsiz biznes mühitinə malik ölkə olduğunu vurğulayıb: “Görüşdə AZPROMO və MEDEF arasında əməkdaşlığın inkişafı, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə təcrübə mübadiləsi, ticarətdə müxtəlif maliyyə mexanizmlərinin tətbiqi və s. məsələlər barədə müzakirələr aparılıb”.

Mission News Theme by Compete Themes.