Son yeniləmə: 25 May 2022 08:50
Bayraqdar.info – İraq Türkmən Cəbhəsinin ikinci qurultayı keçirilib. Kərkükdə keçirilən qurultayda bir il öncə İdarə Heyətinin qərarı ilə vəzifəyə gətirilən Hasan Turan yenidən başqan seçilib.
Bununla bağlı məlumatda deyilir ki, qurultaya türkmnlərin sıx yaşadığı Kərkük, Ərbil, Salahaddin, Tuzhurmatu, Bağdad, Diyala, Kifri, Mosul və Telafer bölgələrindən ümumilikdə 374 nümayəndə qatılıb.
İTC başqanı Hasan Turan, başqan yardımçıları isə Heytem Muhtaroğlu və Hişam Bayraktar seçilib.
Bundan başqa qəbul edilən qərara əsasn İdarə Heyəti ləğv edilib, əvəzinə 13 üvdən ibarət Siyasi Büro təşkil edilib.
[…] Hasan Turan yenidın başqan seçilib […]