Son yeniləmə: 25 May 2022 09:22
Bayraqdar.info – Təbrizdə yaşayan yazıçı, mədəni fəal və “Traktor” Futbol Klubunun azarkeşlərindən olan Əkbər Cahani mayın 19-da tutulub. O, “Traktor”-”Persepolis” komandalarının yarımçıq oyunundan sonra saxlanılıb.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Öyrənci Hərəkatına istinadla yayıb.
Bir gün təcridxanada dindirilən Ə.Cahani mayın 20-də sərbəst buraxılıb. Yaxınları fəalın mayın 23-də yenidən həbs olunaraq naməlum yerə aparıldığını bildirirlər. Onlar Ə.Cahaniyə qarşı ittihamların nədən ibarət olduğu və onun harada saxlanıldığı barədə dəqiq məlumat verilmədiyini deyirlər.
Xatırladaq ki, Ə.Cahani daha öncə də dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə basqılarla üzləşib.