Press "Enter" to skip to content

Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar olunub

Son yeniləmə: 25 May 2022 16:36

Bayraqdar.info –İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə araşdırmaları davam etdirir. Araşdırmalar Azərbaycanda həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində aparılır.

Bu barədə bayraqdar.info-ya mayın 25-də Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı istehlak səbətinə daxil olan uzun düyü və qarabaşaq bazarında bir çox təsərrüfat subyektləri tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunub: “Bununla əlaqədar Dövlət Xidmətitərəfindən “Babək” firması, “Vuqma-qida”MMC, “Abşeron Treyd” MMC, “Xudafərin-1“ MMC, “Elsaan Group” MMC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC, “Best-Tarım” MMC, “Tamashee Foods” MMC, “Araz Supermarket” MMC, “Al market” MMC, “Sun Food” MMC, “OBA Market” MMC, “Bazarstore” MMC və fiziki şəxs Kərimov İlqar Məmmədhəsənoğluna qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb”.

Qeyd edilib ki, işəbaxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilir.

Mission News Theme by Compete Themes.