Son yeniləmə: 25 May 2022 12:03
Bayraqdar.info – Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gücləndirilmiş iş rejimində çalışır. Avtomobil yolları, küçə və prospektlər nəzarət altında saxlanılır.
Bu barədə bayraqdar.info-ya mayın 25-də Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
“Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər hansı problemi aradan qaldırmaq məqsədilə qurumun tabeliyində olan bütün Məhdud Məsuliyyətli Cəmiyyətlərin canlı qüvvəsi, həmçinin maşın-mexanizm və texnikaları hazır vəziyyətə gətirilib.
“Vətəndaşlardan avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi problemlərlə bağlı AAYDA-nın “qaynar xətt”i olan (012) 599-79-75 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur”, – deyə məlumatda bildirilib.