Press "Enter" to skip to content

Yaponlar yerli KOB-lara dəstək mexanizmləri ilə maraqlanırlar

JICA Gürcüstan ofisinin nümayəndələri Xaçmaz KOB evində

Son yeniləmə: 24 May 2022 14:45

Bayraqdar.info – Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq sahəsində təcrübəsininpaylaşılması istiqamətində görüşlər və tədbirlər davam etdirilir. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Gürcüstan ofisinin nümayəndələri ölkəmizə səfər çərçivəsində KOB-lara göstərilən dəstək və xidmətlərlə yerində tanış olublar.

Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, qonaqlar Xaçmaz KOB evində olublar: “JICA-nın nümayəndələrinə məlumat verilib ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir”.

Qeyd edilib ki, “Xaçmaz KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən sahibkarlara 250-dək xidmət göstərilir: “2021-ci ildə “Xaçmaz KOB evi”nə 27 mindən çox biznes subyekti və potensial sahibkar tərəfindən müraciət edilib. Sahibkarların xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir. Yaxın vaxtlarda “Bakı KOB evi” də sahibkarların istifadəsinə veriləcəkdir. “Xaçmaz KOB evi”ndə sahibkarlara biznes təlimlər keçən və məsləhət xidmətləri göstərən KOB İnkişaf Mərkəzi (KOBİM) və sahibkarlara yerində xidməti təmin edən KOB dostu ofisi də fəaliyyət göstərir. Hazırda KOBİM-lər ölkənin 21, KOB dostu şəbəkəsi isə 33 şəhər və rayonunu əhatə edir”.

Mission News Theme by Compete Themes.