Press "Enter" to skip to content

Xurşidbanu Natəvana aid elektron məlumat bazası

Son yeniləmə: 24 May 2022 12:56

Bayraqdar.info – 2022-ci ildə Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan, Şərq poetik ənənələrinə sədaqətilə seçilən Xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Məlum olduöu kimi Prezident İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Bu Sərəncama əsasən bir sıra tədbilrlər təşkil eidləcək. Eyni zamanda bu Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planını əsas tutaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan bədii fikrinin görkəmli siması – Xan qızı Xurşidbanu Natəvan” adlı Elektron məlumat bazası hazırlanıb.

Bu barədə bayraqdar.info-ya Milli Kitabxanadan bildirilib.

Qeyd edilib ki, elektron məlumat bazası “Prezident İlham Əliyevin Xan qızının xatirəsinin əbədiləşdirilməsinə diqqəti”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Xurşidbanu Natəvan haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir: “ Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər”.

O da qeyd edilib ki, Xurşidbanu Natəvan XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan şairləri arasında çox yüksək məqam sahibi idi: “Adının hər zaman böyük hörmətlə xatırlanması, mənəvi irsinə verilən yüksək dəyər şairin ədəbi yaradıcılığı ilə yanaşı, həm də ictimai fəaliyyətindən irəli gəlirdi. Onun başçılıq etdiyi ədəbi məclislər ətrafında dövrün qabaqcıl ziyalıları toplaıb və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib. Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Xurşidbanu Natəvan təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib”.

Mission News Theme by Compete Themes.