Press "Enter" to skip to content

TÜİB-in rəhbər heyəti səfir Cahit Bağcı ilə görüşüb

Səfir Doç.Dr Cahit Bağcı ilə görüşdən

Son yeniləmə: 24 May 2022 15:15

Bayraqdar.info – Xəbər verdiyimiz kimi mayın 14-də Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) 5-ci dönəm seçkili Ümumi Yığıncağı keçirilib. Ümumi Yığıncaqda İdarə Heyətinə və Təftiş Komissiyasına seçkilər keçirilib. Şəffaf və demoktratik şəraitdə keçirilən seçkilərin nəticəsi olaraq Hüseyin Büyükfırat yenidən TÜİB-in sədri seçilib.

TÜİB çoxsaylı ciddi layihələr reallaşdırır

Mayın 23-də isə H.Büyükfırat başqa olmaqla TÜİB-in yeni İdarə Heyətinin üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

TÜİB İdarə Heyətinin üzvləri Fəxri xiyabanda

Qurumdan bayraqdar.info-ya verilən məlumata görə, İdarə Heyətinin üzvləri öncə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Şəhidlər xiyabanını ziyarət

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları ziyarət edilib, “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri qoyulub.

İdarə Heyətinin üzvləri həmçinin şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət ediblər.

“Türk şəhidliyi” abidəsini də ziyarət edilib

Məlumata əsasən, mayın 23-də H.Büyükfıratın rəhbərliyi ilə İdarə Heyətinin üzvləri Türkiyə səfiriliyinə gedərək səfir Doç.Dr. Cahit Bağcı ilə görüşüblər. Görüş zamanı Doç.Dr. Cahit Bağcı yeni İdarə Heyətini təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar diləyib.

Mission News Theme by Compete Themes.