Press "Enter" to skip to content

Şamaxı şəhəri “Türk dünyasının turizm paytaxtı” oldu

Son yeniləmə: 27 May 2022 14:00

Bayraqdar.info – Şamaxı şəhəri 2022-ci il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib.

Bu barədə qərar mayın 24-də Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşü və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.

Dövltə Turizm Agentliyindın verilən məlumata görə tədbirdə digər mühüm qərarlar da qəbul olunub.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə Özbəkistanın Baş Nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev, Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyev, eləcə də təşkilatda müşahidəçi statusa malik Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi iştirak ediblər.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.