Son yeniləmə: 24 May 2022 17:20
Bayraqdar.info – Prezident İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Xəbəri mayın 24-də Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Prezident qərara alıb ki, 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu əldə etməsi üçün ictimai yayımçıya 640 min ABŞ dollarının manat qarşılığı məbləğində vəsait ayrılsın.
Ayrılacaq vəsaitin mənbəyi olaraq Prezidentin ehtiyat fondu (2022-ci ilə aid) göstərilib.