Press "Enter" to skip to content

KOBİA nümayəndələri Belçikada səfərdədir

Orxan Məmmədov və “Biznes Avropa” təşkilatının direktor müavini xanım Luisa Santos arasında görüş

Son yeniləmə: 24 May 2022 09:36

Bayraqdar.info – Xəbər verdiyimiz kimi Avropa İttifaqı ölkələrinin mikro, kiçik və orta sahibkarlıq sahəsində təcrübəsinin öyrənilməsi, KOB sahəsində müvafiq təşkilatlarla əlaqələrin genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Belçikada səfərdədir.

Səfər çərçivəsində Brüsseldə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Biznes Avropa” təşkilatının direktor müavini xanım Luisa Santos arasında görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya mayın 24-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə KOBİA-nın sahibkarlığın inkişafı ilə bağlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir sıra layihələrin benefisiarı olduğu və layihələrin uğurla başa çatdığı qeyd olunub: “Vurğulanıb ki, Avropa İttifaqının dəstəyi ilə hazırlanmış “Azərbaycanda biznes mühiti – 2021” hesabatında Avropa şirkətlərinin davam edən yerli islahatlara və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən KOBİA ilk beşlikdə yer alıb”.

“Görüşdə Azərbaycan və təşkilata üzv KOB-lar arasında birbaşa əlaqələrin qurulması üçün onların şəbəkələşməsinə, biznes missiyaların təşkilinə, birgə müəssisələrin yaradılması imkanlarına, qarşılıqlı sürətdə ixracın təşviqinə, investisiya layihələri haqqında məlumat mübadiləsinə və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.