Press "Enter" to skip to content

Kıbrısda təxribat

KKTC Xarici İşlər Nazirliyi

Son yeniləmə: 24 May 2022 17:58

BMT sülməramlılarının maşınına atəş açan şəxs rum tərəfinə qaçıb

Bayraqdar.info – “BMT-nin Sülhməramlı Qüvvələrinə məxsus maşına atəş açan şəxs və ya şəxslər Güney Kıbrıs Rum Administrasiyası istiqamətinə qaçıb”.

Bu fikirlər Kuzey Kıbrıs Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyinin açıqlamasında öz əksini tapıb.

KKTC-nin Bakıdakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumata görə, açıqlamada “Mayın 21-də bufer zonasında patrulluq edən Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinə məxsus avtomobilin atəşə tutulduğunu öyrəndiyimizə görə təəssüflənirik”, – deyə bildirilib.

Qeyd edilib ki, güllə maşına dəydiyi üçün hər hansı insan tələfatına səbəb olmayıb.

Mission News Theme by Compete Themes.