Press "Enter" to skip to content

Haaqada mühüm toplantı

Toplantı iştirakçıları

Son yeniləmə: 24 May 2022 09:41

Bayraqdar.info – Haaqa şəhərində Qərbi Azərbaycanlılar İcmasının Avropa nümayəndəliyinin ilk toplantısı keçirilib.

Bu barədə bayraqdar.info-ya Diaporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin qərargahında baş tutan toplantıda indiyədək görülən işlərdən və gələcək planlardan danışılıb: “Toplantıda nümayəndəliyin sədri Sima Cəfərova, Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, toplantıya videobağlantı vasitəsilə qatılan Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının beynəlxalq əlaqələr üzrə sədr müavini, dosent Həqiqət Hacıyeva və İH üzvləri çıxış edib. Çıxışçılar Qərbi azərbaycanlılar probleminin birgə səylərlə Avropa ictimaiyyətinə çatdırılması məsələsini müzakirə ediblər. Qərbi azərbaycanlıların bir araya gətirilməsi məqsədilə Avropanın iri ölkələrində nümayəndəliyin filiallarının yaradılmasının böyük əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılıb”.

Toplantı iştirakçıları 1988-ci ildə Ermənistan tərəfindən soydaşlarımızın vəhşicəsinə deportasıyası edilməsinə dünya ictimaiyyətinin və mediasının göz yumduğunu təəssüflə xatırladıblar: “Beynəlxalq ictimaiyyətin diqqətinin belə məqamlarayenidən cəlb olunması istiqamətində güclü fəaliyyət göstərməyin, Qərbi azərbaycanlıların ermənilər tərəfindən tapdalanmış hüquqlarının bərpasının gündəmə gətirilməsinin çox vacib olduğu vurğulanıb”.

Mission News Theme by Compete Themes.