Press "Enter" to skip to content

Dünyadakı edamların yarısından çoxu İranın payına düşür

İranda edam qurğusu

Son yeniləmə: 24 May 2022 16:30

Bayraqdar.info – Beynəlxalq Əfv Təşkilatı Amnesty International-ın bildirdiyinə görə, 2021-ci ildə həyata keçirilmiş edamların sayı 2020-ci illə müqayisədə 20 faiz artıb. Qurumun mayın 24-də yayılan illik hesabatında qeyd olunub ki, edamların artma səbəbi İranda ölüm hökmlərinin artması ilə əlaqədardır. Çünki bu ölkədə 2021-ci ildə icra edilən edam hökmləri bütün dünyadakı ölüm hökmlərinin 54 faizini təşkil edib.

Xəbəri “Azad İran” Telegram kanalı Iran International kanalına istinadla yayıb.

Hesabatda o da vurğulanıb ki, 2021-ci ildə dünyanın 18 müxtəlif ölkəsində ən azı 579 edam hökmü icra edilib ki, onun da ən azı 314-ü İranda qeydə alınıb.

Məlumatda sonda əlavə edilib ki, İranda gerçək edam sayının müxtəlif təşkilatlar tərəfindən araşdırılan bu rəqəmlərdən dəfələrlə çox olduğu ehtimal olunur.

Amnesty International-ın məlumatına görə, 2021-ci ildə İranda edamların sayı 246 faktın qeydə alındığı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb və ümumilikdə 2017-ci ildən bəri yeni rekorda çatıb.

Mission News Theme by Compete Themes.