Press "Enter" to skip to content

Dr. Yücel Karauz: NATO-nun Türkiyədən vaz keçməsi mümkün deyil

Dr. Yücel Karauz

Son yeniləmə: 24 May 2022 10:15

Bayraqdar.info – “Türkiyənin NATO-ya üzv olmasından 70 il keçdi. Türkiyə 70 ildə NATO-nun fəal üzvü kimi bu hərbi alyansın fəaliyyətinə xidmət edən önəmli addımlar atıb”.

Bunu ABŞ-dakı bəzi siyasətçilərin Türkiyənin NATO üzvlüyündən çıxarılması ilə bağlı fikirlərinə münasibət bildirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Bayraqdar.info-ya özəl açıqlamasında Y.Karauz bildirib ki, hazırda NATO-nun 30 üzvü var: “Bu ölkələrin üzvlükdən çıxarılması ilə bağlı hər hansı bir hüquqi prosedur mövcud deyil: “Bu ölkələrin üzvlükdən çıxması öz istəkləri ilə ola bilər. Onu da bir il öncə ABŞ-a bildirir. ABŞ da NATO-nun qərar verən orqanlarına bununla bağlı məlumat təqdim edir. Bundan başqa bir maddədə də NATO-nun təhlükəsizliyinə, beynəlxalq sülh və sabitliyə təhlükə yarada biləcək addımlar atacağı halda həmin üzv ölkəyə qarşı sərt addımlar atıla bilinəcəyi vurğulanır. Amma 70 il ərzində buna görə hər hansı üzv ölkəyə qarşı cəza tətbiq edilməyib. Dolayısı ilə NATO-ya üzvlük üçün bütün üzv ölkələrin razılığı tələb olunur. Lakin NATO-dan çıxarışla bağlı hər hansı bir təcrübə və ya prosedur yoxdur”.

Türkiyənin NATO-ya verdiyi töhfələri də xatırladan müsahibimiz daha sonra deyib: “Türkiyə NATO təlimlərinə, NATO hərəkatlarına ən çox töhfə verən ilk beş ölkədən biridir. Türkiyə NATO-nun ABŞ-dan sonra ən böyük orduya sahib ikinci ölkəsidir. NATO-nun ortaq büdcəsinə ən çox dəstək verən üç-beç ölkədən biridir. 1 yanvar 2021-1 yanvar 2022-ci il tarixləri arasında NATO-nun quru qüvvələri komandanlığına rəhbərlik edib. Konyada hava limanı NATO-nun hərbi hava qüvvələri üçün açıqdır. NATO müttəfiq quru qüvvələri komandanlığı da İzmirdədir. NATO missiyasının Bosniya və Hersoqovinada, Sudanda, Kosovada, Əfqanıstanda sülhyaratma missiyasına, həmçinin terror və nizamsız miqrasiya ilə mübarizəyə, dəniz quldurları ilə mübarizəyə NATO daxilində ABŞ-dan sonra ən çox dəstək verən məhz Türkiyədir. Dolayısı ilə Türkiyənin bu qlobal miqyasda təhlükəsizlik və sabitlik məsələsinin aktual olduğu belə həssas dönəmdə NATO-nun Türkiyədən vaz keçməsi mümkün deyil”.

Y.Karauz əlavə edib ki, Türkiyə yerləşdiyi coğrafi, siyasi, strateji mövqe etibarı ilə bir qovşaq nöqtəsindədir: “şərqlə qərbin, şimalla cənubun qovşağında yerləşən Türkiyə asanlıqla vaz keçilicək ölkə deyil. Zaman-zaman ABŞ-da Türkiyəyə qarşı bu cür fikirlər səsləndirilərəl psixoloji təzyiq göstərilməyə çalışılır. Lakin dünya düzənində, baş verən proseslərdən xəbərdar olan hər kəs yaxşı bilir ki, NATO Türkiyədən vaz keçməyəcək”.

Mission News Theme by Compete Themes.