Bayraqdar.info – Müdafiə Nazirliyi hərbi qulluqçu olduğu qeyd edilən şəxsin törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşmasına münasibət bildirib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib və digər qanunsuz hərəkətlərə yol verib: “Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq, araşdırılması üçün cari ilin martında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib. Aprelin 11-də onun barəsində cinayət işi qaldırılıb və barəsində Azərbaycan Respublikasının qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün Respublika Hərbi Prokurorluğuna təqdim edilib”.