Bayraqdar.info – Mayın 24-də Prezident İlham Əliyev Cavid Qurbanovu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad etməklə bağlı Sərəncam imzalayıb. Prezidentin başqa bir Sərəncamı ilə C.Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Prezident rəqəmsal inkişaf və nəqliyyat nazirinə C.Qurbanovdan əlavə daha iki müavin də təyin edib. Bunlar Samir Qaçay oğlu Məmmədov və Fərid Turab oğlu Əhmədovdur. İ.Əliyev hər iki şəxslə bağlı müvafiq sərəncamları mayın 24-də imzalayıb.