Press "Enter" to skip to content

Birgə layihələrin həyata keçirilməsi müzakirə edilib

EUROCHAMBRES”in baş direktoru Ben Butters və “EU4Business” təşkilatının nümayəndələri ilə görüş

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “EUROCHAMBRES”in baş direktoru Ben Butters və “EU4Business” təşkilatının nümayəndələri ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib. Bildirilib ki, görüş Brüsselə səfər çərçivəsində təşkil olunub.

Məlumata əsasən Avropa İttifaqı ölkələrinin mikro, kiçik və orta sahibkarlıq sahəsində təcrübəsinin öyrənilməsi, KOB sahəsində müvafiq təşkilatlarla əlaqələrin genişləndirilməsi məqsədilə KOBİA nümayəndələri Belçikada səfərdədir.

“Görüşdə birgə layihələrin həyata keçirilməsinə maliyyə və texniki dəstəyin göstərilməsi, qurumun “yaşıl iqtisadiyyat” və KOB-ların rəqəmsallaşması ilə bağlı layihələrində iştirak imkanları, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə təşviqi, startaplarla bağlı layihələr çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib”, – deyə məlumatda bildirilib.

Mission News Theme by Compete Themes.