Son yeniləmə: 23 May 2022 07:49
Bayraqdar.info – Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən döyüş sursatlarının növbəti utilizasiya prosesi mayın 23-28 may tarixləri arasında Seyfəli poliqonunda həyata keçiriləcək.
Nazirliyin məlumatında o da qeyd edilib ki, aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.