Press "Enter" to skip to content

Rəqəmsal xidmət kanallarına üstünlük verilir

Son yeniləmə: 23 May 2022 17:21

Bayraqdar.info – Müştəri yönümlü strategiyasını davam etdirən“Nar” 2022-ci ilin ilk rübü üçün müştəri xidmətlərinin göstəricilərini açıqlayıb.

Bayraqdar.info-ya verilən məlumata görə, aparılan hesablamalar göstərir ki, “Nar” müştəriləri balansın yoxlanılması, yeni tarifin aktivləşdirilməsi, internet paketinin seçilməsi kimi bir çox mühüm əməliyyatları saniyələr içində yerinə yetirən “Nar+” tətbiqinə üstünlük verir: “Belə ki, ötən illə müqayisədə “Nar+” tətbiqindən istifadə yarım milyon artaraq 6,6 milyon olub. Yaranan suallara operativ cavab almaq üçün isə abunəçilərin köməyinə tətbiq daxilindəki canlı çat gəlir. Hesabat dövründə abunəçilər sorğularına ilk 24 saniyə ərzində cavab alıblar.

Məlumata əsasən “Nar” abunəçilərinin nömrə əməliyyatlarını daha çox tətbiq üzərindən aparması fonunda çağrı mərkəzlərinə zənglərin və “Nar” xidmət mərkəzlərinə ziyarətlərinin sayında azalma müşahidə olunur: “2022-ci ilin ilk üç ayı ərzində 777 Çağrı Mərkəzinə edilən zənglərin və Nar mərkəzlərinə ziyarətlərin sayı, eyni dərəcədə, 17 faiz azalıb. Çağrı mərkəzinə daxil olan sorğuların 93 faizi ilk zəngdən həllini tapıb. Ön masa ziyarətçilərinin isə 89 faizi göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib”.

Mission News Theme by Compete Themes.