Press "Enter" to skip to content

Nazir Dövlət Proqramı təqaüdçüləri ilə bir arada

Nazir Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

Son yeniləmə: 23 May 2022 12:55

Bayraqdar.info – Təhsil naziri Emin Əmrullayev Londona işgüzar səfər edib.

Nazirlikdən mayın 23-də bayraqdar.info-ya verilən məluamat görə səfər Dünya Təhsil Forumunda iştirak etmək məqsədi daşıyır.

Məlumatda o da bildirilib ki, səfər çərçivəsində nazir mayın 22-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb: “Görüşdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyətlər haqqında məlumat verilib və təhsilin müxtəlif istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, təhsil naziri görüşdə iştirak edən vətəndaşlarımızın təhsil fəaliyyəti, doktorantların tədqiqat işləri, onların təhsil aldıqları universitetlərdə əldə etdikləri təcrübələr və yiyələndikləri biliklər haqqında ətraflı məlumat alıb”.

Mission News Theme by Compete Themes.