Press "Enter" to skip to content

Eskişehirdə Xalq Cümhuriyyətinin 104-cü ildönümü qeyd ediləcək

Son yeniləmə: 23 May 2022 10:23

Bayraqdar.info – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü ilə əlaqədar Eskişehirdə bır sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirlər Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq.

Bu barədə bayraqdar.info-ya Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın məlumat verib.

Onun sözlərinə görə, tədbirlərə mayın 26-da bədii proqramla başlanacaq: “Mayın 26-da Eskişehirdəki Hasan Polatkan Kültür Mərkəzində “Cümhuriyyət konserti” adlı bədii proqramımız olacaq. Proqramda Xalq Cümhuriyyətinə, Türkiyə-Azərbaycan qardaşlığına, vətənpərvərliyə həsr edilmiş mahnı və şeirlər səsləndiriləcək, rəqs nömrələri təqdim olunacaq. Qeyd edim ki, bu bədii proqramın başqa bir özəlliyi də var. Belə ki, bədii proqramda tamaşaçılar qarşısında çıxış edən Dərnəyin üzvləri olacaq”.

C.Aydın deyib ki, mayın 27-də yerli televiziyada Xalq Cümhuriyyətinin tarixindən bəhs edən verilişin yayımlanması gözlənilir: “Eyni zamanda, mayın 29-da geniş şəkildə bədii-əyləncəli daha bir proqramımız olacaq”.

Mission News Theme by Compete Themes.