Press "Enter" to skip to content

Daha üç KOB subyektinə şəhadətnamə

Son yeniləmə: 23 May 2022 17:28

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 42-yə çatıb.

Bu barədə bayraqdar.info-ya mayın 23-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, “Startap” şəhadətnaməsi “E-legal” MMC-nin hüquq məsləhət xidmətlərinin onlayn təşkili,”Psixosən” MMC-nin psixoloq xidmətlərinin onlayn təşkili üzrə vasitəçilik xidmətivə fərdi sahibkar Cavad İbrahimlinin kənd təsərrüfatı məhsullarının onlayn satış platformasılayihələri üçün təqdim edilib.

Məlumata əsasən “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir: “Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Mission News Theme by Compete Themes.