Son yeniləmə: 23 May 2022 07:54
Bayraqdar.info – Qadın şahmatçılar arasında Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib.
Bu barədə bayraqdar.info-ya Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Bildirilib ki, çempionatın lideri Gövhər Beydullayeva ilə Xanım Balacayeva arasındakı görüş bərabərliklə yekunlaşıb.
Məlumata əsasən 6 turdan sonra Gövhər Beydullayeva 4 xal ilə liderliyə davam edir. İki ardıcıl qələbədən sonra ikinci yerə 3.5 xal ilə Ləman Hacıyeva yüksəlib. Növbəti yerlərdə 3 xal ilə 4 şahmatçı mövqe tutub.
Qeyd edək ki, müstəqil Azərbaycan tarixində qadınlar arasında XXXI ölkə çempionatının mükafat fondu artırılaraq 11 min 400 manat təşkil edir. Çempion olacaq şahmatçı 4 min manat pul mükafatı qazanacaq.