Press "Enter" to skip to content

Anar Kərimov Sultan Rayevlə görüşüb

Görüş zamanı

Son yeniləmə: 23 May 2022 12:18

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Rayevlə görüşüb.

Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, görüş zamanı nazir Anar Kərimov Şuşa şəhərində keçirilən “Postmünaqişə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda aktiv iştirakına görə Sultan Rayevə təşəkkürünü bildirib. Nazir TÜRSKOY-un türk xalqları arasındakı mədəni və dostluq münasibətlərinin möhkəmlənməsində rolunu vurğulayıb, eləcə də türk dünyasının mənəvi və mədəni tərəqqisi üçün əlindən gələni edəcəyinə əminliyini ifadə edib.

Məlumata əsasən nazir, həmçinin ölkəmizin təşəbbüskarı olduğu bir sıra bu qəbildən olan beynəlxalq layihələrin, tədbirlərin 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsinin nəzərdə tutulduğunu bildirib: “Sultan Rayev də, öz növbəsində, nazirə təşəkkür edərək, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində mədəni tədbirlərin təşkilini təqdirəlayiq olduğunu və Azərbaycan Mədəniyyət Nazirliyinin reallaşdırdığı hər bir layihədə yaxından iştirak etməyə və dəstək verməyə hazır olduqlarını qeyd edib”.

Mission News Theme by Compete Themes.