Press "Enter" to skip to content

90 minə yaxın vətəndaşın müraciəti cavablandırılıb

Son yeniləmə: 23 May 2022 15:41

Bayraqdar.info – Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə şəhid ailəsi üzvləri və müharibə iştirakçılarından ibarət 32 min 729 şəxsə xidmətlər göstərilib.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 142 Çağrı mərkəzi tərəfindən isə həmin mərkəzlərə aid məsələlər üzrə 89 min 334 vətəndaş müraciəti cavablandırılıb: “Ötən ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərində və Dövlət Sosial Müdafiə Fondunun bölgələrdəki filiallarında 50-yə yaxın şəhər və rayonu əhatə edən üzrə vahid əlaqələndirmə mərkəzləri açılıb. Bu mərkəzlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri orqanları daxil olmaqla 50-dən çox qurum üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir. Həmçinin 142 Çağrı mərkəzi vasitəsilə və səyyar formada da xidmətlər həyata keçirilir”.

Mission News Theme by Compete Themes.