Son yeniləmə: 23 May 2022 14:08
Bayraqdar.info – Xəbər verdiyimiz kimi 18-20 may tarixlərində Bakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) sərgiləri keçirilib. Bu arada bəlli olub ki, sərgilərəd Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) stendi təşkilatçılar tərəfindən “Ən çox ziyarət olunan stend” nominasiyası üzrə sertifikata layiq görülüb.
Bu barədə bayraqdar.info-ya mayın 23-də KOBİA-dan məlumat verilib.
Bildirilib ki, sərgidə KOBİA-nın stendində 12 mikro, kiçik və orta sahibkarlıq subyektinin meyvə və tərəvəz, çörək və un məmulatları, qurudulmuş meyvələr və çipslər, təbii otlar və ədviyyatlar, göbələk, bal, zəfəran, souslar, süd və süd məhsulları, meyvə şirələri, gübrələr və s. məhsulları nümayiş olunub: “Bakı, Abşeron, Gəncə, Qazax, Göyçay, Zaqatala, Qax, Daşkəsən və Balakəni təmsil edən KOB-lar onlar üçün ayrılmış xüsusi stenddə məhsul və xidmətlərini təqdim etməklə yanaşı, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün müxtəlif işgüzar görüşlər keçiriblər”.