Bayraqdar.info – Hazırda İranın fars-molla rejiminin nəzarətində olan Güney Azərbaycan əsilli İsveç vətəndaşı, alim Əhmədrza Cəlalinin xanımı Vida Mehran-Nia Almaniyanın ZDF telekanalına müsahibəsində Avropa Birliyini həyat yoldaşının İran hökuməti tərəfindən edam edilməsinə mane olmağa çağırıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, daha öncə İran mətbuatı Ə.Cəlalinin mayın 21-də edam olunacağını bildirmişdi.
Xatırladaq ki, 2016-cı ildə Tehran Universitetinin rəsmi dəvəti ilə İrana səfər edən Ə.Cəlali burada ETTELAAT tərəfindən həbs olunub və daha sonra “İsrailə casusluq etmək” ittihamı ilə edam cəzasına məhkum edilib.
Qeyd edək ki, bayraqdar.info da Güneyli alimin başına gələnləri davamlı şəkildə diqqətdə saxlayır və həyəcan təbili çalmağa davam edir.
[…] Edam ediləcək Güneyli alimin xanımından həyəcan təbili […]