Bayraqdar.info – Mayın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.
Xəbəri bayraqdar.info-ya Azərbaycan XİN-dən veriblər.
Xəbərdə deyilir ki, “nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıb, həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı məsələlər müzakirə edilib”.