Press "Enter" to skip to content

Rəşt-Astara xəttinin tikintisi müzakirə edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İran Dəmir Yollarının (RAI) rəhbərliyi arasında görüş

Son yeniləmə: 21 May 2022 10:01

Bayraqdar.info – Xəbər verdiyimiz kimi Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edib.

İki ölkə arasında ticarət dövriyyəsi artıb

Səfər çərçivəsində Tehranda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İran Dəmir Yollarının (RAI) rəhbərliyi arasında görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, dəhlizin tərkib hissəsi olan Rəşt-Astara xəttinin tikintisi müzakirə edilib.

Şahin Mustafayev İranda görüşlər keçirib

Bununla yanaşı, İranın Astara şəhərində yük terminalının tikintisi ilə bağlı mövcud vəziyyət və bu sahədə işlərin sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.