Press "Enter" to skip to content

Nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyada

Sənədlərin imzalanması zamanı

Son yeniləmə: 21 May 2022 11:05

Bayraqdar.info – Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın Riqa şəhərinə işgüzar səfər edib. Səfərdə məqsəd Azərbaycan və Latviya Respublikaları arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak etməkdir.

Bu barədə bayraqdar.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində Latviya rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib: “Görüşlər zamanı ticarət və investisiya, elm və təhsil, turizm, mədəniyyət, nəqliyyat, innovasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, energetika, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda, görüşlərin nəticəsi olaraq Hökumətlərarası Komissiyanın 8-ci iclas Protokolu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiqi üzrə ikiillik (2022-2023-cü illər) İş Proqramı imzalanıb”.

Mission News Theme by Compete Themes.