Son yeniləmə: 21 May 2022 11:49
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi postmüharibə dövründə daha 40 nəfər müharibə əlilini peşə reabilitasiyasına cəlb edib.
Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlar üçün Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə kurslar təşkil olunub: “Bir qrupu kursları bitirərək müvafiq peşə şəhadətnamələri əldə ediblər. Digərlərinin isə peşə-reabilitasiya kursları davam edir”.
Məlumata əsasən peşə kursu keçən qazilərdən 3 nəfəri Türkiyənin Antalya şəhərində əlilliyi olan şəxslər üçün keçirilən tədbirdə də iştirak ediblər: “Mərkəzə qəbul olunanlar peşə təlimində olduqları müddətdə burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar”.