Son yeniləmə: 21 May 2022 12:26
Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Goranboy rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, mövcud dövlət dəstəyi mexanizmləri ilə bağlı sahibkarların məlumatlandırılması məqsədilə təşkil olunmuş görüşdə Goranboy rayon İcra Hakimiyyətinin, KOBİA-nın, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri iştirak ediblər.
Tədbirdə aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi, fermer və kənd təsərrüfatı məhsullarının istehsalçılarının fəaliyyət imkanlarının genişləndirilməsi məqsədi ilə dövlət tərəfindən göstərilən dəstək tədbirləri barədə müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.